Final oyunundan sonra Londonda 19 polis xəsarət alıb - VİDEO
1294
AVRO-2020-nin final oyunundan sonra azarkeşlərlə London polisi arasında baş verən qarşıdurmada 19 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.
Mediapress.az bildirir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
İtalyanların finaldakı qalibiyyətindən əsəbləşən İngiltərə azarkeşləri iğtişaşlar törədib.
London polisindən verilən açıqlamada azarkeşlərin bu rəftarının tamamilə qəbuledilməz olduğu bildirilib.
Saxlanılan azarkeşlərin sayı isə 49 nəfər olub.