\
26 Aprel 2024 - Cümə

Şərif Şərifov bürünc, Hacı Əliyev qızıl medal qazana bilər - Tokio-2020

Şərif Şərifov bürünc, Hacı Əliyev qızıl medal qazana bilər - Tokio-2020
1796baxış

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.

97 kq çəki dərəcəsində çıxış edən idmançı gürcüstanlı Elizbar Odikadze ilə üz-üzə gəlib.

7:5 hesabı ilə qalib gələn Şərifov bürünc medal uğrunda güləşəcək. Onun rəqibi kubalı Reyneris Salas Peres olacaq.

Azərbaycanın digər sərbəst güləşçisi Hacı Əliyev (65 kq) isə finalda Takuto Otoquro (Yaponiya) ilə qarşılaşacaq.

Mediapress.az