"PSJ" Messinin təqdimatı üçün Eyfel qülləsini icarəyə götürdü
1854
Fransanın "Pari Sen-Jermen" (PSJ) futbol klubu Argentina yığmasının hücumçusu, İspaniyanın "Barselona" komandasından ayrılan Lionel Messi ilə müqavilə bağlayıb.
Unikal.org xəbər verir ki, "PSJ" avqust ayının 10-da keçiriləcək təqdimat mərasimi üçün Eyfel qülləsini icarəyə götürüb.
Qeyd edilib ki, Parisin əsas görməli yeri artıq 2017-ci ildə Neymarın "Barselona"dan Fransa klubuna keçidi zamanı təqdimat üçün istifadə olunub. Məlumata görə, avqustun 10-da "PSJ" Eyfel qülləsində Lionel Messini təqdim edəcək.