\
18 Aprel 2024 - Cümə axşamı

Tokio-2020 Yay Paralimpiya Oyunları da azarkeşsiz keçiriləcək

Tokio-2020 Yay Paralimpiya Oyunları da azarkeşsiz keçiriləcək
1713baxış

Yaponiyanın paytaxtı Tokiodakı Yay Paralimpiya Oyunları azarkeşsiz keçiriləcək.

Bu barədə Təşkilat Komitəsi qərar çıxarıb.

Ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyət nəzərə alınaraq bu addım atılıb.

Paralimpiada üçün 700 min bilet satılıb və biletlərə xərclənən vəsait alıcılara qaytarılacaq.

Qeyd edək ki, paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək. Avqustun 8-də başa çatan Tokio Yay Olimpiya Oyunları da azarkeşlərin iştirakı olmadan keçirilib.