\
28 Noyabr 2021 - Bazar günü

"Neftçi" - "Zirə" oyunu bir dəqiqəlik sükutla başlayacaq

"Neftçi" - "Zirə" oyunu bir dəqiqəlik sükutla başlayacaq
1238baxış

"Neftçi" klubunun "Zirə"yə qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının VIII tur matçı tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun vəfatı ilə əlaqədar bir dəqiqəlik sükutla başlayacaq.

Klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev "Report"a açıqlamasında Peşəkar Futbol Liqasına müvafiq xahişlə müraciət ünvanlayacağını bildirib.

Peşəkar Futbol Liqasının Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev isə belə bir müraciət olarsa, müsbət cavablandırılacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Elnur Əşrəfoğlu 2009 - 2011-ci illərdə "Neftçi"nin İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinə rəhbərlik edib. O, oktyabrın 19-da koronavirusdan vəfat edib. Oktyabrın 23-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Zirə" matçı saat 18:15-də başlanacaq.