\
22 Noyabr 2024 - Cümə

İtaliya millisinin üzvü koronavirusa yoluxub

İtaliya millisinin üzvü koronavirusa yoluxub
1332baxış
A Seriyası təmsilçilərindən "Latsio”da çıxış edən Çiro İmmobile koronavirusa yoluxub.
 
Bu haqda Roma klubunun mətbuat xidməti məlumat yayıb. Klubdan verilən açıqlamada test nəticəsi müsbət çıxan italiyalı futbolçunun karantin prosesini davam etdirəcəyi və "Venesiya" ilə keçiriləcək liqa matçında meydana çıxa bilməyəcəyi ictimaiyyətin diqqətinə çatdırılıb.
 
İtaliya mətbuatında çıxan xəbərlərə görə, keçən həftə qatıldığı Milad bayramı yeməyindən sonra həyat yoldaşında koronavirus aşkarlanan italyan hücumçu təmasda olduğu və son liqa matçında oynaya bilmədiyi səbəbiylə karantinə alınıb. 
 
İmmobile bu mövsüm "Latsio"nun heyətində bütün turnirlərdə 21 oyunda 16 qol vurub.