\
29 Mart 2024 - Cümə

AVRO-2022: Azərbaycan və Ermənistan eyni qrupa düşüb

AVRO-2022: Azərbaycan və Ermənistan eyni qrupa düşüb
1787baxış

20 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, C divizionunda mübarizə aparacaq Azərbaycan yığması B qrupunda Ermənistan, Cəbəllütariq, Moldova və Lüksemburqa rəqib olub.

A qrupunda isə Monako, Malta, San-Marino, Albaniya və Andorra yer alıb. Turnir 2022-ci il iyulun 24-31-də baş tutacaq.

Qeyd edək ki, görüşlər San-Marinonun Serravalle şəhərində təşkil olunacaq.