\
23 Aprel 2024 - Çərşənbə axşamı

“Qarabağ” Fransaya yola düşdü

“Qarabağ” Fransaya yola düşdü
1741baxış

Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Marsel”in qonağı olacaq “Qarabağ” klubu bu gün Fransaya yola düşüb.

Oxu.Az xəbər verir ki, komandamızı Marsel şəhərinə aparacaq təyyarə saat 16:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından havaya qalxıb.

Baş məşqçi Qurban Qurbanov sabah yerli vaxt ilə saat 18:40-da (Bakı vaxtı ilə saat 21:40) mətbuat konfransında iştirak edəcək. Media nümayəndələrinə açıq məşq isə yerli vaxt ilə saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00) matçın oynanılacağı “Velodrom” stadionunda baş tutacaq.

Xatırladaq ki, “Marsel” – “Qarabağ” matçı fevralın 17-də “Velodrom” stadionunda yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə fevralın 18-i saat 00:00-da) keçiriləcək.