Şəhid ailələri və qazilərimiz Azərbaycan Qran Prisinin fəxri qonaqlarıdır - Fotolar
![Şəhid ailələri və qazilərimiz Azərbaycan Qran Prisinin fəxri qonaqlarıdır - Fotolar](https://img.mediapress.az/news/2022/06/photo_21440.jpg)
1241baxış
Hər il 30 mindən çox azarkeşin canlı izlədiyi Formula 1 Azərbaycan Qran Prisi iki illik fasilədən sonra yenidən yarış həvəskarlarını tribunalarda qarşılayır.
“Qafqazinfo” xəbər verir ki, 10-12 iyun tarixlərində keçirilən möhtəşəm Bakı yarışına II Qarabağ müharibəsində xalqımıza tarixi qələbəni yaşadan qəhrəman şəhidlərimizin ailə üzvləri və qazilərimiz fəxri qonaq qismində dəvət olunmuşlar. Onlar Azərbaycan Qran Prisinin həyəcanını 3 gün ərzində canlı izləyə biləcəklər.
44 günlük Vətən müharibəsi dövründə şücaət göstərmiş qəhrəman şəhid oğullarımızın ailə üzvlərini və qazilərimizi ölkə əhəmiyyətli idman tədbirində, Bakı Şəhər Halqası azarkeşləri sırasında görmək qürurvericidir.
![](https://qafqazinfo.az/uploads/1654869064/WhatsApp_Image_2022-06-10_at_17.46.11__1_.jpeg)
![](https://qafqazinfo.az/uploads/1654869064/WhatsApp_Image_2022-06-10_at_17.46.11__2_.jpeg)
![](https://qafqazinfo.az/uploads/1654869064/WhatsApp_Image_2022-06-10_at_17.46.12.jpeg)
![](https://qafqazinfo.az/uploads/1654869064/WhatsApp_Image_2022-06-10_at_17.46.12__1_.jpeg)
![](https://qafqazinfo.az/uploads/1654869064/WhatsApp_Image_2022-06-10_at_17.46.12__3_.jpeg)