Mahir Emreli Xorvatiya Super Kuboku uğrunda matçı buraxacaq
1050
Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emreli Xorvatiya "Hayduk"a qarşı Xorvatiya Super Kuboku uğrunda oyunu buraxacaq.
Bu barədə komandanın baş məşqçisi Ante Çaçiç açıqlama verib.
O bildirib ki, 25 yaşlı hücumçu zədədən yeni qayıtdığı və hazır olmadığı üçün matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, iyulun 9-da "Maksimir" stadionunda oynanılacaq "Dinamo" - "Hayduk" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.(report)