"Qalatasaray” çempion oldu
Türkiyə Superliqasında 2017-18 mövsümünə yekun vurulub.
Mediapress.az apasport.az-a istinadən xəbər verir ki, bu gün XXXIV turun son 4 qarşılaşması baş tutub.
Sonuncu turun ilk günündə medallara iddiası olmayan komandalar meydana çıxmışdısa, mövsüm çempion və digər mükafatçıların müəyyənləşməsi ilə başa çatıb. İddialıların hamısı mövsümü qələbə ilə başa vura bilib.
Bu turadək izləyicilərindən 3 xal öndə qərarlaşan "Qalatasaray" İzmir səfərində "Göztəpə" ilə qarşılaşıb.
Çempionluq üçün 1 xala ehtiyacı olan Fatih Terimin yetirmələri səfərdən qələbə ilə dönüb. Bu qələbə "sarı-qırmızılar"a çempionluq qazandırıb.
"Qalatasaray" həm də Çempionlar Liqasının qrupuna yüksəlib. "Fənərbağça" 2-ci yerlə kifayətlənib və Çempionlar Liqasının təsnifat mərhələsində oynamalı olacaq. "Başakşəhər" bürünc mükafata yiyələnibsə, "Sivasspor"u darmadağın edən "Beşiktaş" medalsız qalıb.
Türkiyə. Superliqa
XXXIV tur
18 may
"Akhisar" - "Osmanlıspor" - 2:1
Qollar: Adıgüzel, 32, Çelik, 90+3 - Özcal, 45
"Alanyaspor" - "Antalyaspor" - 3:2
Qollar: Duqlas, 37, 69, Villafanez, 61 - Yevtoviç, 12
"Gənclərbirliyi" - "Bursaspor" - 1:0
Qol: Skluetiç, 15
"Trabzonspor" - "Karabükspor" - 3:0
Qollar: Pereyra, 65, 90+2, Yusuf, 88
"Yeni Malatyaspor" - "Kayserispor" - 3:2
Qollar: Buğra Çağıran, 22, Sapunaru, 38 (avtoqol), Adem Büyük, 75 - Stoyikoviç, 81, Mendes, 90+2
19 may
"Başakşəhər" - "Kasımpaşa" - 3:2
Qollar: Viska, 30, Adebayor, 36, 61 - İldiz, 6, Diaqne, 27-p.
"Beşiktaş" - "Sivasspor" - 5:1
Qollar: Taliska, 30, 77, Larin, 50, 74, Babel, 85 - Arslan, 54
"Fənərbağça" - "Konyaspor" - 3:2
Qollar: Fernandao, 28, Ay, 34-öz qapısına, Soldado, 65 - Fofana, 70, Yahoviç, 73
"Göztəpə" - "Qalatasaray" - 0:1
Qol: Qomis, 66