Püşk atılıb, "Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibi bəlli olub
1960
"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Mediapress.ın məlumatına görə, "köhlən atlar" II təsnifat mərhələsində İsveçrə "Sürix"ini üstələyəcəyi təqdirdə, "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, "Qarabağ" / "Sürix" duelinin qalibi ilk görüşünü 2-3 avqustda öz meydanında, cavab qarşılaşmasını isə avqustun 9-da səfərdə keçirəcək.