UFC döyüşçüsü "Ataman" Bakıda - VİDEO
"Ataman" ləqəbi ilə məşhurlaşan Azərbaycan əsilli UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib.
29 yaşlı idmançı, İçərişəhərdə oğlu ilə gəzintindən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Xatırladaq ki, ilk dəfə Azərbaycan təmsilçisi kimi Rafael ötən ay braziliyalı adaşı Rafael Dos Anjosla döyüşə çıxıb.
Qeyd edək ki, R.Fiziyevin atası azərbaycanlı, anası rusdur. Qazaxıstanda anadan olub və orada boya-başa çatıb. Bir neçə ildir ki, Taylandda yaşayır və burada “Tiger Muay Thai” idman zalında məşqçi işləyir.
O, Qırğızıstan bayrağı altında döyüşüb. Ancaq keçən payızda o, dini zəmində internetdə təhqir olunduğunu (Rafael şiə müsəlmandır) və dekabrda Bred Riddellə döyüşəndə artıq Qırğızıstanı təmsil etmədiyini (sadəcə Fiziyev soyadının altında bayraq yox idi) söyləyib. Rafael Azərbaycan idmançısı seçilib (özünü azərbaycanlı hesab edir).(Bizim.Media)