İslamiada: Azərbaycan millisi oynamadan qələbə qazanıb
1653
Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında iştirak edən 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk qələbəsini qazanıb.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb yığmanın B qrupunda bu gün qarşılaşmalı olduğu İran seçməsinin oyuna gəlməməsidir.
Qarşılaşma baş tutmayacaq və rəqibə texniki məğlubiyyət veriləcək.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Səudiyyə Ərəbistanına 0:1 hesabı ilə uduzub. Samir Əliyevin baş məşqçisi olduğu yığma avqustun 12-də Mərakeşlə oynayacaq.