\
28 Mart 2024 - Cümə axşamı

Leyla Əliyeva İslamiadada Azərbaycan güləşçilərinin çıxışlarını izləyir

Leyla Əliyeva İslamiadada Azərbaycan güləşçilərinin çıxışlarını izləyir
1730baxış

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının çıxışlarını izləyir.

L.Əliyeva hazırda Konya Texniki Universitetinin idman zalında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Azər Əliyevlə birlikdə güləş yarışlarını izləyir.

Qeyd edək ki, bu gün Azərbaycanın sərbəst və qadın güləşçiləri mübarizəyə başlayıb. (report)