\
25 Noyabr 2024 - Bazar ertəsi

““Qarabağ”a hörmət etmək lazımdı” - Çexiyalı məşqçi

““Qarabağ”a hörmət etmək lazımdı” - Çexiyalı məşqçi
1150baxış

“Viktoriya”nın sabiq baş məşqçisi Karel Kreyçi Plzen təmsilçisinin Çempionlar Liqası pley-off mərhələsinin “Qarabağ”la keçirəcəyi cavab oyunu haqda danışıb.
 
“Qafqazinfo” xəbər verir ki, yerli mətbuata danışan 53 yaşlı mütəxəssis Çexiya klubunun standart vəziyyətlərdən yararlanmalı olduğunu deyib:
 
“Rəqibə hörmət etmək lazımdır. Onların baş məşqçisi Qurban Qurbanov uzun illərdir komandadadır. “Qarabağ” evdə və səfərdə eyni üslubda oynamağa çalışır. Cəzalı durumda olan kapitan Lukaş Heydanın rolunu başqa oyunçu öz üzərinə götürməlidir. “Viktoriya” Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək üçün hər şeyə sahibdir. Komanda doğma meydan amilindən və standart vəziyyətlərdən mütləq yararlanmalıdır”.
 
Qeyd edək ki, “Viktoriya” – “Qarabağ” qarşılaşması bu gecə Bakı vaxtilə saat 23:00-da baş tutacaq. Komandalar arasında Bakıda keçirilən ilk matç qolsuz bərabərliklə başa çatıb.