Reza Mehmandust yenidən baş məşqçi təyin olunub
1751
Reza Mehmandust yenidən kişi taekvondoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin olunub.
İranlı mütəxəssis bu postda Məmməd Abdullayevi əvəzləyib.
Abdullayev Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarında yığma qaneedici nəticələr göstərə bilmədiyi üçün vəzifəsindən kənarlaşdırılıb.
Elnur Amanov Mehmandustun köməkçisi təyin edilib.
Qeyd edək ki, Azərbaycanın kişi taekvondoçuları İslamiadada 1 gümüş və 1 bürünc medal qazanıblar. Cavad Ağayev (68 kq) gümüş, Həşim Məhəmmədov (58 kq) isə bürünc medala sahib çıxıb. Azərbaycan Taekvondo Federasiyası iyunun 23-də Mehmandustla yolların ayrıldığını açıqlamışdı.