\
26 Aprel 2024 - Cümə

“Nant” - “Qarabağ” oyununun hakimləri açıqlanıb

“Nant” - “Qarabağ” oyununun hakimləri açıqlanıb
1357baxış

Fransada “Nant” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununun təyinatları bəlli olub.

Mediapress.az-a verilən məluamata görə, qarşılaşma Danimarkadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Jakob Kehletə Lars Hummelgaard və Victor Skytte laynsmanlar qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Jorgen Burchardt yerinə yetirəcək. VAR hakimi niderlandlı Jeroen Manschot, onun köməkçisi Rob Dieperinkdir.

Almaniyalı Peter Sippel hakim-inspektor, monteneqrolu Amil Gerina UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.