\
25 Aprel 2024 - Cümə axşamı

Çempionlar Liqası: Daha dörd komanda 1/8 finala yüksələ bilər

Çempionlar Liqası: Daha dörd komanda 1/8 finala yüksələ bilər
1396baxış

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulacaq.

“Report”un məlumatına görə, A, B, C və D qruplarında keçiriləcək səkkiz oyundan sonra pley-offun daha dörd iştirakçısı müəyyənləşə bilər.

 

A qrupunda İngiltərə “Liverpul”u Niderlandda “Ayaks”ın qonağı olacaq. Mersisaydlılar səfərdə uduzmasalar, vaxtından əvvəl 1/8 finala adlayacaqlar. Qrupun digər matçında “Napoli” İtaliyada Şotlandiya “Reyncers”ini sınağa çəkəcək.

B qrupunda Portuqaliya “Portu”su Belçikada “Brügge”yə qalib gəlsə, pley-offa vəsiqəni təmin edə bilər. Bunun üçün Madrid “Atletiko”su İspaniyada Almaniya “Bayer”i ilə görüşdə xal itirməlidir.
C qrupunda “İnter” İtaliyada Çexiyanın “Viktoriya” (Plzen) komandasını yensə, İspaniyada “Barselona” və Almaniya “Bavariya”sı arasında keçiriləcək görüşün nəticəsindən asılı olmayaraq, adını növbəti mərhələyə yazdıracaq.

D qrupunda isə “Tottenhem” İngiltərədə Portuqaliya “Sportinq”indən üstün olsa, 1/8 finala yüksələcək. Qrupun digər oyununda isə Fransa “Marsel”i Almaniyada “Ayntraxt” (Frankfurt) komandasının qonağı olacaq.

Çempionlar Liqası
Qrup mərhələsi, V tur
26 oktyabr

A qrupu
23:00. “Napoli” (İtaliya) - “Reyncers” (Şotlandiya)
23:00. “Ayaks” (Niderland) - “Liverpul” (İngiltərə)
Xal durumu: ”Napoli” - 12; “Liverpul” - 9; “Ayaks” - 3; “Reyncers” - 0.

B qrupu
20:45. “Brügge” (Belçika) - “Portu” (Portuqaliya)
23:00. “Atletiko” (Madrid, İspaniya) - “Bayer” (Almaniya)
Xal durumu: ”Brügge” - 10; “Portu” - 6; “Atletiko” - 4; “Bayer” - 3.

C qrupu
20:45. “İnter” (İtaliya) - “Viktoriya” (Plzen, Çexiya)
23:00. “Barselona” (İspaniya) - “Bavariya” (Almaniya)
Xal durumu: ”Bavariya” - 12; “İnter” - 7; “Barselona” - 4; “Viktoriya” - 0.

D qrupu
23:00. “Tottenhem” (İngiltərə) - “Sportinq” (Portuqaliya)
23:00. “Ayntraxt” (Frankfurt, Almaniya) - “Marsel” (Fransa)
Xal durumu: ”Tottenhem” - 7; “Marsel” - 6; “Sportinq” - 6; “Ayntraxt” - 4.

Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli”, Belçikanın “Brügge”, Almaniyanın “Bavariya” və “Borussiya” (Dortmund), İspaniyanın “Real Madrid”, Fransanın PSJ, Portuqaliyanın “Benfika”, İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları pley-offa vəsiqəni təmin ediblər.