\
25 Aprel 2024 - Cümə axşamı

"Qarabağ" Konfrans Liqasında ev oyununu harada keçirəcək? - Açıqlama

"Qarabağ" Konfrans Liqasında ev oyununu harada keçirəcək? - Açıqlama
1496baxış

Avropa kubokunda mübarizəni Konfrans Liqasında davam etdirəcək "Qarabağ"ın pley-off mərhələsində ev matçını hansı arenada keçirəcəyi hələ müəyyənləşməyib.

Bu haqda Qol.az saytına sorğusuna cavab olaraq Ağdam klubunun baş meneceri Asif Əsgərov məlumat verib. "Bununla bağlı qərar hələ verilməyib. Yekun fikri noyabrın 7-də keçiriləcək püşkatmadan sonra demək olacaq" - deyə A.Əsgərov bildirib.

Əldə etdiyimiz məlumata görə, püşkün nəticəsindən asılı olaraq, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionu və Bakı Olimpiya Stadionu arasında seçim edə bilər.

Qeyd edək ki, Ağdam təmsilçisi KL-in pley-offunda bu 8 komandadan biri ilə qarşılaşacaq: "Fiorentina" (İtaliya), "Anderlext" (Belçika), "Lex" (Polşa), "Partizan" (Serbiya), "Dnepr-1" (Ukrayna), "Gent (Belçika), "Bazel" (İsveçrə), ÇFR (Rumıniya) kimi komandalardan biri ilə qarşılaşacaq.

KL-də pley-off mərhələsinin püşkatma mərasimi noyabrın 7-si, Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Bu mərhələnin oyunları fevralın 16 və 23-də keçiriləcək.