Azərbaycan millisinin futbolçusu “Qarabağ”da 300-cü oyununu keçirib
1451
Azərbaycan millisinin futbolçusu Bədavi Hüseynov “Qarabağ”ın heyətində 300-cü oyununu keçirib.
Oxu.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçinin yubileyi Premyer Liqanın XIII turunda “Kəpəz”lə matça təsadüf edib.
Hüseynov 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada meydana sonradan daxil olub. Debütü 2012/2013 mövsümünə təsadüf edən oyunçu bütün turnirlər nəzərə alınmaqla çıxdığı 300 görüşdə dörd qola imza atıb.
O, “köhlən atlar”ın tarixində 300 və daha çox oyun keçirən 10-cu futbolçudur.