\
19 Aprel 2024 - Cümə

Azərbaycan millisi Moldova ilə oyunda 2-ci qolu vurub - YENİLƏNİR + VİDEO

Azərbaycan millisi Moldova ilə oyunda 2-ci qolu vurub - YENİLƏNİR + VİDEO
1362baxış

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab dəyişib.

Oxu.Az-ın məlumatına görə,  Aleksey İsayev 42-ci dəqiqədə ikinci topu meydan sahiblərinin qapısından keçirib - 0:2

 

Bu, 27 yaşlı yarımmüdafiəçinin yığmada ilk qolu olub.

21:43

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab açılıb.

Oxu.Az-ın məlumatına görə, 28-ci dəqiqədə Emin Mahmudov yığmanı önə çıxarıb - 0:1

21:21

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu başlayıb.

Oxu.Az-ın məlumatına görə, "Zimbru" stadionundakı görüş Bakı vaxtı ilə saat 21:00-da start götürüb.

Qarşılaşmanı ukraynalı FIFA referisi Denis Şurman idarə edir.

Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu yığma noyabrın 20-də Şimali Makedoniyanın qonağı olacaq.

20:42

Bu gün beynəlxalq yoldaşlıq oyununda Kişineuda qarşılaşacaq futbol üzrə Moldova və Azərbaycan milli komandalarının start heyətləri açıqlanıb.

Oxu.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:

Moldova: 1.Dmitri Çelyadnik. 2.Oleq Ryabçuk, 4.İqor Armaş, 7.Artur Yonitse (k), 10.Yevgeni Koçuk, 11.Vitali Damașkan, 13.Mixail Kaymakov, 14.Yuri Yovu, 17.Daniel Dumbravanu, 21.Yoan-Kelin Revenko, 22.Vadim Ratse

Ehtiyat oyunçular: 12.Kristian Avram, 23.Dorian Raylyan, 3.Vadim Boloxan, 5.Serciu Platika, 6.Kristian Dros, 8.Nikita Motspan, 9.Mixail Ştefan, 15.Yon Jardan, 16.Viktor Stıne, 18.Marius Yosipoy, 19.Virciliu Postolaki, 20.Mixai Platika, 24.Yaser Tsurkan, 25.Sergey Kleşenko, 26.Serafim Kojokar

Baş məşqçi: Sergey Kleşenko

Azərbaycan: 12.Şahruddin Məhəmmədəliyev, 6.Höccət Haqverdi, 8.Emin Mahmudov (k), 11. Ramil Şeydayev, 15.Bəxtiyar Həsənəlizadə, 18.Anton Krivotsyuk, 19.Elvin Cəfərquliyev, 20.Riçard Almeyda, 21. Ozan Can Kökçü, 22.Aleksey İsayev, 24. Musa Qurbanlı

Ehtiyat oyunçular: 1.Emil Balayev, 23.Səlahət Ağayev, 2.Amin Seydiyev, 3.Azər Salahlı, 4.Bəhlul Mustafazade, 5.Cəlal Hüseynov, 7.Namik Ələskərov, 9.Renat Dadaşov, 10.Mahir Emreli, 13.Anatoli Nuriyev, 14.Ceyhun Nuriyev, 16.Elvin Camalov, 17.Toral Bayramov, 25.Rövlan Muradov, 26.Qismət Alıyev

Baş məşqçi: Canni De Byazi

Qeyd edək ki, "Zimbru" stadionunda keçiriləcək Moldova - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

09:07

Futbol üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək.

Oxu.Az xəbər verir ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda rəqib Moldova yığması olacaq.

Kişineudakı “Zimbru” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı ukraynalı FIFA referisi Denis Şurman idarə edəcək.

Bu, iki kollektiv arasında sayca 12-ci oyun olacaq. Əvvəlki 11 görüşün 2-də Azərbaycan, 4-də Moldova qələbə qazanıb. 5 matçda isə qalib müəyyənləşməyib.

Yoldaşlıq oyunu

16 noyabr

21:00. Moldova - Azərbaycan

Hakimlər: Denis Şurman, Aleksandr Jukov, Viktor Nijnik, Roman Jitari (Ukrayna)

Kişineu, “Zimbru” stadionu

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də isə Şimali Makedoniyanın qonağı olacaq.