\
8 Dekabr 2022 - Cümə axşamı

Messi dünya rekordunu təkrarlayıb

Messi dünya rekordunu təkrarlayıb
1136baxış

Lionel Messi DÇ-2022-də ilk oyununa çıxmaqla dünya rekordunu təkrarlayıb.

Mediapress.az saytının məlumatına görə, Argentina yığmasının hücumçusu Səudiyyə Ərəbistanı ilə hazırda davam edən qarşılaşmaya start heyətində çıxıb.

Bu, Lionelin iştirak etdiyi 5-ci dünya çempionatıdır. Cənubi amerikalı bu göstəricidə rekorda şərik çıxıb.

Messi 5 mundialda meydana çıxan 5-ci oyunçudur. Ona qədər Antonio Karvaxal, Rafael Markes (hər ikisi Meksika), Lotar Matteus (Almaniya) və Canluici Buffon (İtaliya) buna nail olub.

Qeyd edək ki, Messi 2006, 2010, 2014 və 2018-ci illərdə də mundialda meydana çıxıb. Eyni çempionatların iştirakçısı olan Kriştiano Ronaldo da Qətərdə meydana çıxmaqla rekorda şərik çıxmaq imkanına malikdir.