\
27 Yanvar 2023 - Cümə

Ronaldo yeni klubu ilə anlaşır

Ronaldo yeni klubu ilə anlaşır
1253baxış

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubu ilə müqavilə imzalamağa yaxındır.

Mediapress.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında sövdələşmə yekunlaşmaq üzrədir. 38 yaşlı forvardın illik 200 milyon avro maaş olmaqla 2,5 mövsümlük müqavilə imzalaması gözlənilir. Sözləşməni tamamlamaq üçün heç bir hüquqi maneə yoxdur. Həm Avropa, həm də MLS klublarından heç biri “Əl-Nasr”ın irəli sürdüyü şərtlərə bənzər təklif etməyib.

Qeyd edək ki, hazırda Portuqaliya millisinin heyətində dünya çempionatında iştirak edən Kriştiano Ronaldo bu günlərdə “Mançester Yunayted”dən ayrılıb.