DÇ-2022-nin oyunları Şimali Koreyada canlı yox, 2-3 gün sonra yayımlanır
Şimali Koreyanın dövlət televiziyası DÇ-2022 zamanı ilk dəfə olaraq Cənubi Koreya komandasının oyununu yayımlayıb.
Mediapress.az xəbər veriri ki, bu barədə NK News xəbər yayıb.
Mənbənin məlumatına görə, ölkənin mərkəzi televiziyası Cənubi Koreyanın 1/8 finalda Braziliyaya 1:4 hesabı ilə uduzduğu oyunu nümayiş etdirib. Bu, Cənubi Koreya komandasının KXDR-in mərkəzi televiziyasının efirində nümayiş olunan yeganə oyunu olub. Bundan əvvəl DÇ-2022-nin bütün oyunları, o cümlədən ABŞ və Yaponiya komandalarının iştirakı ilə keçirilən matçlar Şimali Koreyada yayımlanıb. Belə hallar 2014 və 2018-ci illər dünya çempionatlarında yaşanmayıb.
Həmçinin o da bildirilir ki, Şimali Koreyada matçlar bütün dünya ölkələrində olduğu kimi canlı deyil, 2-3 gündən sonra yayımlanır. Ehtimal edilir ki, Cənubi Koreyanın da matçı onların oyununun nəticəsi müəyyənləşdikdən 2-3 gün sonra efirə verilib.