"Mənə elə gəlir ki, artıq kimin çempion olacağı yazılıb"
1431
Milan"ın 41 yaşlı hücumçusu Zlatan İbrahimoviç "Barselona"da komanda yoldaşı olmuş Lionel Messinin DÇ-2022-nin qalibi olacağını deyib. "Goal"a istinadən xəbər verir ki, Bosniya əsilli isveçli forvard belə danışıb:
"Mənə elə gəlir ki, artıq kimin çempion olacağı yazılıb. Bildiniz kimi nəzərdə tuturam? Fikrimcə, mundialın mükafatını məhz Messi başı üzərinə qaldıracaq. Bu, artıq yazılıb".
Qeyd edək ki, Argentina millisi bu gün Qətərdə keçirilən mundialın yarımfinal matçına çıxacaq. Cənubi amerikalılar Xorvatiya ilə üz-üzə gələcək.