\
26 Aprel 2024 - Cümə

Ronaldu “Real Madrid”in bazasında məşq edir

Ronaldu “Real Madrid”in bazasında məşq edir
1331baxış

“Mançester Yunayted”in sabiq hücumçusu Kriştianu Ronaldu “Real Madrid”in bazasında məşq edir.

Məlumata görə, Kriş İspaniya yığmasının istifadə etdiyi idman meydançalarından birində fiziki formasını qoruyur. “Kral klubu”nun əsas hissəsi isə fərqli bazada məşq edir.

Qeyd edək ki, futbolçu 2009-2018-ci illərdə mərhz Madrid komandasında çıxış edib. İndi o, azad agent statusuna malikdir və klubsuzdur.

Mənbə: championat.com