\
29 Mart 2024 - Cümə

FIFA yeni futbol turniri keçirəcək

FIFA yeni futbol turniri keçirəcək
1323baxış

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) müxtəlif konfederasiyalardan dörd komandanın iştirakı ilə turnir təşkil edəcək.

Bu açıqlama ilə ali futbol qurumunun prezidenti Canni İnfantino mətbuat konfransında çıxış edib.

O bildirib ki, “FIFA World Series” adlanacaq turnirin cütrəqəmli illərdə və mart ayında təşkili planlaşdırılır.

“Müxtəlif qitələrin komandaları arasında görüşlərin daha müntəzəm keçirilməsi vacibdir. Belə bir fikir razılaşdırılıb və işlənərək hazırlanıb”, - deyə C.İnfantino əlavə edib.

Mənbə: Sport24