Argentina üçqat dünya çempionu olub
Dünya çempionatında mundialın qalibi bəlli olub.
Mediapress.az-ın məlumatına görə, finalda ikiqat dünya çempionları – Argentina və Fransa üz-üzə gəlib.
Oyunun birinci hissəsi Cənubi Amerika təmsilçisinin 2:0 hesabı ilə başa çatıb.
Messi (penalti) və Di Mariyanın qolları ilə “tanqoçular” paltardəyişmə otağına qalib yollanıb.
Gərgin keçən ikinci hissədə avropalılar təslim olmaq fikrində olmadıqlarını nümayiş etdirib.
“Xoruzlar”ın xilaskar funksiyasını Mbappe üzərinə götürüb.
İki gündən sonra 24 yaşını qeyd edəcək hücumçu 80 (penalti) və 82-ci dəqqiələrdə vurduğu qollarla komandasını məğlubiyyətdən xilas edib.
Bundan sonra matçda əlavə vaxt oynanılıb.
Vacib qarşılaşmada hesabı açan Messi 109-cu dəqiqədə komandasının 3-cü qoluna imza ataraq cənubi amerikalıları ümidləndirib.
Təslim olmağı bacarmayan avropalılar Mbappnin 118-cı dəqiqədəki (penalti) het-triki ilə hesabı bərabərləşdirib.
Bundan sonra penaltilər seriyasında daha dəqiq oynayan Argentina 3-cü dəfə dünya çempionluğunu yaşayıb.
DÇ-2022
FİNAL
18 dekabr
19:00 Argentina – Fransa – 3:3 (penaltilər: 4:2)
Baş hakim: Şımon Marçinyak (Polşa)
Qol: Messi, 23 (penalti), 109. Di Mariya, 36 – Mbappe, 80 (penalti), 81, 118
Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Pol, Entso Fernandes, Aleksis Makalister, Lionel Messi, Xulian Alvares
Fransa: Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru