\
12 Dekabr 2024 - Cümə axşamı

Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürdü

Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürdü
1593baxış

Bakı İdman Sarayında güləş üzrə Azərbaycan çempionatı start götürüb.

Mediapress.az-ın məlumatına görə, yarışın ilk günündə yunan-Roma güləşi üzrə 55, 63, 72, 82 və 97 kq-da mübarizə baş tutub.

 

İlk olaraq açılış mərasimi keçirilib. Hakimlərin paradından sonra çıxış edən Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev ölkə çempionatının önəmindən danışıb, bütün iştirakçılara uğurlar arzulayıb. Daha sonra dövlət himni səslənib.

Açılış mərasiminin ardınca yunan-Roma güləşi üzrə 5 çəkidə medalçılar müəyyənləşib:

55 kq

1/4 final: İbrahim Nurullayev (Cəlilabad) – Rahim Həsənov (ROİL) 3:5

1/4 final: Fərdi Hümbətov (Neftçi) – İsrafil Əmirli (Mingəçevir) 9:0

1/4 final: Rəşad Məmmədov (Neftçi, Şəmkir) – Fərid Sadıxlı (Neftçi) 0:9

1/4 final: Ramal Nəzərli (Lənkəran) – Rəşad Abdulov (Sumqayıt, Zenit) 1:11

Yarımfinal: Rahim Həsənov (ROİL) – Fərdi Hümbətov (Neftçi) *4:4

Yarımfinal: Fərid Sadıxlı (Neftçi) – Rəşad Abdulov (Sumqayıt, Zenit) 8:0

Bürünc medal görüşü: İbrahim Nurullayev (Cəlilabad) - Fərdi Hümbətov (Neftçi) 2:3

Bürünc medal görüşü: Tural Mehtiyev (ROİL) – Rəşad Abdulov (Sumqayıt, Zenit) 5:1

Final: Rahim Həsənov (ROİL) – Fərid Sadıxlı (Neftçi) 12:3

63 kq

1/4 final: Sakit Quliyev (Neftçi) – Fəraim Mustafayev (Neftçi) 6:8

1/4 final: Fərid Baxışlı (Spartak) – Ziya Babaşov (MOİK) 1:2

1/4 final: Faiq Səfərli (MOİK) – Şamil Sultanəliyev (Zenit) 11:0

1/4 final: Xalid Həsənov (Sumqayıt, Zenit) – Güloğlan Əsədzadə (Cəngi) 2:1

Yarımfinal: Fəraim Mustafayev (Neftçi) – Ziya Babaşov (MOİK) 0:9

Yarımfinal: Faiq Səfərli (MOİK) – Xalid Həsənov (Sumqayıt, Zenit) 4:6

Bürünc medal görüşü: Fərid Baxışlı (Spartak) - Fəraim Mustafayev (Neftçi) 3:4

Bürünc medal görüşü: Güloğlan Əsədzadə (Cəngi) – Faiq Səfərli (MOİK) 11:2

Final: Ziya Babaşov (MOİK) – Xalid Həsənov (Sumqayıt, Zenit) 9:0

72 kq

1/4 final: Ülvü Qənizadə (Neftçi) – Rəvan Nuriyev (Sumqayıt, Təhsil) 7:1

1/4 final: Cavidan İsgəndərli (Sumqayıt, Təhsil) – Ramal Şəfiyev (Balakən, Neftçi) 3:1

1/4 final: Ruslan Nurullayev (Şamaxı-Şirvan) – Füzuli Abbasov (Neftçi, Pəhləvan) 8:0

1/4 final: Tağı Hacıyev (AGF) rəqibi olmadığı üçün yarımfinala yüksəlib

Yarımfinal: Ülvü Qənizadə (Neftçi) – Cavidan İsgəndərli (Sumqayıt, Təhsil) 8:0

Yarımfinal: Ruslan Nurullayev (Şamaxı-Şirvan) – Tağı Hacıyev (AGF) 4:0

Bürünc medal görüşü: Rəvan Nuriyev (Sumqayıt, Təhsil) – Cavidan İsgəndərli (Sumqayıt, Təhsil) 10:1

Bürünc medal görüşü: Kazbek Fətəliyev (Qusar) - Tağı Hacıyev AGF) +:- (zədə)

Final: Ülvü Qənizadə (Neftçi) – Ruslan Nurullayev (Şamaxı-Şirvan) *1:1

82 kq

1/4 final: Tuncay Vəzirzadə (MOİK) – Nəsir Həsənov (Cəngi) 5:0

1/4 final: Rüfət Hüseynov (DİN) – Əli Kərimov (Məhsul) 9:0

1/4 final: Elcan Məmmədov (Neftçi) – İsmayıl Rzayev (Neftçi) 1:6

1/4 final: Fərid Zeynalabdinov (Məhsul) – Abid Məmmədov (Gəncə) 2:0

Yarımfinal: Tuncay Vəzirzadə (MOİK) – Rüfət Hüseynov (DİN) 10:0

Yarımfinal: İsmayıl Rzayev (Neftçi) - Fərid Zeynalabdinov (Məhsul) 7:0

Bürünc medal görüşü: Nəsir Həsənov (Cəngi) – Rüfət Hüseynov (DİN) 5:1

Bürünc medal görüşü: Elcan Məmmədov (Neftçi) – Fərid Zeynalabdinov (Məhsul) 7:3

Final: Tuncay Vəzirzadə (MOİK) – İsmayıl Rzayev (Neftçi) 8:0

97 kq

1/4 final: Məftun Qasımov (Beyləqan) – Arif Niftullayev (Neftçi) 0:9

1/4 final: Cavid Feyziyev (Pəhləvan) – Murat Lokyayev (AGF) 0:8

1/4 final: Adil Hüseynov (DİN) – Xalid Əlizadə (Zenit) 9:0

1/4 final: Zamir Maqomedov (AGF) – Şəhrizad Həmidli (Lənkəran) 8:0

Yarımfinal: Arif Niftullayev (Neftçi) – Murat Lokyayev (AGF) *1:1

Yarımfinal: Adil Hüseynov (DİN) – Zamir Maqomedov (AGF) *1:1

Bürünc medal görüşü: Məftun Qasımov (Beyləqan) – Murat Lokyayev (AGF) 0:8

Bürünc medal görüşü: Rüfət Məmmədov (Göyçay) – Adil Hüseynov (DİN) 5:5*

Final: Arif Niftullayev (Neftçi) – Zamir Maqomedov (AGF) 3:3*

Qeyd edək ki, dekabrın 21-də 60, 67, 77, 87 və 130 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizə aparacaq.