"Barselona"nın Levandovskinin cəzası ilə bağlı şikayəti rədd edildi
1424
Barselona"nın hücumçusu Robert Levandovskinin cəzası ilə bağlı apellyasiya şikayəti rədd edilib.
Mediapress.az COPE-yə istinadən xəbər verir ki, İdman İnzibati Məhkəməsi (TAD) polşalı hücumçu ilə bağlı 3 oyunluq cəzanı qüvvədə saxlayıb.
Levandovskini "Osasuna" ilə oyunda (2:1) davranışına görə La Liqada üç oyunluq diskvalifikasiya etmək qərarına gəlib.
İlk hissədə meydandan qovulan hücumçu daha sonra tribuna otağına gedərək hakimə təhqiramiz jest göstərib.