\
25 Aprel 2024 - Cümə axşamı

"Zirə"nin iki futbolçusu "Kəpəz"lə oyunda meydandan qovulub

"Zirə"nin iki futbolçusu "Kəpəz"lə oyunda meydandan qovulub
1401baxış

"Zirə" komandasının iki futbolçusu Azərbaycan Premyer Liqasının XVIII turunda "Kəpəz"lə oyunda qırmızı vərəqə alıb.

Mediapress.az xəbər verir ki, 18-ci dəqiqədə Coşqun Diniyev rəqib oyunçu Tural Axundova qarşı kobudluğa görə meydandan qovulub.

Dörd dəqiqə sonra isə Nemanya Ancelkoviç Abdullahi Şuaybunu yıxdığı üçün eyni halla üzləşib.

Qeyd edək ki, "Zirə" hələlik 1:0 hesabı ilə öndədir.