\
25 Aprel 2024 - Cümə axşamı

Pele ailə üzvləri ilə vidalaşdı: Stadionda qızıl tabut qoyuldu - VİDEO

Pele ailə üzvləri ilə vidalaşdı: Stadionda qızıl tabut qoyuldu - VİDEO
1452baxış

Bağırsaq xərçəngi ilə mübarizə aparan Braziliya millisinin sabiq futbolçusu Pele ailə üzvləri ilə vidalaşıb.

San-Pauludakı Albert Eynşteyn xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən üçqat dünya çempionunun vəziyyəti daha da ağırlaşıb. Əfsanəvi oyunçu video zəng vasitəsilə yaxınları ilə sağollaşıb.

 

Ailə üzvləri üçqat dünya çempionunun durumunun kritik olduğunu bildiriblər.

Pelenin doğma komandası olan Braziliyanın “Santos” klubu isə artıq onun ölümünə hazırlaşır. Belə ki, komandanın stadionunda artıq Futbol Kralına həsr olunmuş qızıl tabut qoyulub.

Əfsanəvi keçmiş forvard yaxın bir neçə saat ərzində dünyasını dəyişərsə, arenanın azarkeşlərin toplaşacağı yerə çevriləcəyi gözlənilir.

Qeyd edək ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. Veteran futbolçu sonradan bir neçə dəfə xəstəxanaya yerləşdirilib.