\
22 Noyabr 2024 - Cümə

“Arsenal” və “Liverpul”un keçmiş futbolçusu müflis oldu

“Arsenal” və “Liverpul”un keçmiş futbolçusu müflis oldu
1389baxış

“Arsenal” və “Liverpul”un keçmiş futbolçusu Cermen Pennant Birmingem Rayon Məhkəməsi tərəfindən müflis elan edilib.

39 yaşlı idmançının təxminən 1 milyon funt sterlinq borcu var və ipoteka borcunu ödəməyib.

Böyük ehtimalla Pennantın əmlakı müsadirə olunacaq və hərracda satılacaq.

Qeyd edək ki, futbolçu Londonun “Arsenal”, “Liverpul”, “Birmingem” və “Stok Siti” komandalarında çıxışı ilə tanınıb.

Karyerasının əvvəlində Pennant İngiltərənin gənclərdən ibarət seçmə komandasında da çıxış edib.

Mənbə: gazeta.ru