Canluka Vialli vəfat edib
1433
İtaliya yığmasının sabiq hücumçusu Canluka Vialli vəfat edib.
Mediapress.az Sports.ru” saytına istinadən xəbər verir ki, sabiq futbolçu 58 yaşında onkoloji xəstəlikdən dünyasını dəyişib.
O, karyerası ərzində “Sampdoriya”, “Yuventus”, “Çelsi” kimi klubların şərəfini qoruyub.
Vialli AVRO-1988 və 1990-cı ildə keçirilən dünya çempionatında İtaliya yığmasının heyətində bürünc medal qazanıb.
Eyni zamanda, Vialli İtaliya ilə birlikdə AVRO-2020-nin qalibi olub.