\
18 Aprel 2024 - Cümə axşamı

“Sumqayıt” braziliyalı futbolçu transfer etdi

“Sumqayıt” braziliyalı futbolçu transfer etdi
1300baxış

“Sumqayıt” qış fasiləsində braziliyalı futbolçu transfer edib.

Klubdan Mediapress.az-a verilən məlumata görə, Ukraynanın “Kolos” klubunun vingeri Dieqo Karioka gənclər şəhəri təmsilçisi ilə anlaşıb.

25 yaşlı oyunçu Premyer Liqa təmsilçisinin qış fasiləsində ilk transferi olub. Karioka müqavilə müddətinin uzadılması şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb.

Qeyd edək ki, Dieqo Karioka, eyni zamanda, “Sumqayıt” tarixinin ilk braziliyalı futbolçusu olub. O, karyerası ərzində “Şaxtyor” (Soliqorsk, Belarus), “Vitebsk” (Belarus), “Yagelloniya” (Polşa), “Zalagerseq” (Macarıstan) və “Kolos”da (Ukrayna) çıxış edib.