\
25 Aprel 2024 - Cümə axşamı

Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
1176baxış

Fiqurlu konkisürmə üzrə Avropa çempionatının iştirakçılarının siyahısı açıqlanıb.

Mediapress.az-ın məlumatına görə, Finlandiyanın Espoo şəhərindəki yarışda Azərbaycan yığması da təmsil olunacaq.

Ölkəmizin təmsilçiləri iki növdə sifariş olunub. Yanvarın 23-dən 29-dan keçiriləcək yarışda kişilərin mübarizəsində Vladimir Litvintsev buz üzərinə çıxacaq. O, karyerasında 4-cü dəfə Avropa çempionatına qatılacaq.

İdman rəqslərinin yarışında isə Samanta Ritter və Daniel Brikalov mübarizə aparacaq. Duet ilk dəfə qitə çempionatında çıxış edəcək.

Qeyd edək ki, 2022-ci ildə Avropa çempionatında Azərbaycandan Vladimir Litvintsev, Yekaterina Ryabova və Yekaterin Kuznetsova/Aleksandr Kolossovski dueti iştirak edib.