“Hatayspor” klubunun futbolçusu zəlzələdə ölüb
1536
Türkiyənin “Hatayspor” klubunun qızlardan ibarət komandasının futbolçusu Verda Demetgül ölkənin Hatay vilayətində baş vermiş zəlzələdə ölüb.
Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, 15 yaşlı oyunçunun cansız bədəni dağıntılar altından çıxarılıb. Demetgülün yanında “Hatayspor” forması da olub.
Klubun idman direktoru Taner Savut və qanalı futbolçusu Kristian Atsu ilə bağlı isə hələlik bir məlumat yoxdur.
Qeyd edək ki, son məlumatlara əsasən, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 18 342 nəfər həlak olub, 74 242 nəfər yaralanıb. (report)