\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Noyer dünya çempionatında olacaq? - Yoahim Löv açıqladı

Noyer dünya çempionatında olacaq? - Yoahim Löv açıqladı
1847baxış

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Avstriya ilə hazırlıq oyunundan sonra (1:2) açıqlama verib.

Mediapress.az apasport.az-a istinadən məlumatına görə, təcrübəli mütəxəssis Manuel Noyerlə bağlı yekun qərar vermədiyini bildirib.

O, qapıçı ilə danışıb sonra qərarını açıqlayacağını deyib: "Məyusedici məğlubiyyət oldu, amma Noyerin dönüşündən çox məmnunam. Bu gün pis oynamadı, amma onunla yenə danışacam və yekun qərar verəcəm ki, dünya çempionatda olacaq, ya yox".