\
25 Aprel 2024 - Cümə axşamı

Azərbaycanlı boks çempionu partlayış nəticəsində öldü

Azərbaycanlı boks çempionu partlayış nəticəsində öldü
1650baxış

Həmədanın Meryanc şəhərində şəxsi mənzildə baş verən partlayış nəticəsində İranın tanınmış azərbaycanlı boks çempionlarından biri olan Sina İnayətizadə həyatını itirib.

Bu barədə Meryanc şəhərinin bələdiyyə başçısı Məsud Əliməhəmmədi məlumat yayıb.

Onun sözlrinə görə, fevralın 22-də baş verən partlayış qaz sızması nəticəsinə olub və partlayışdan sonra evin tavanının çökməsi ilə 22 yaşlı azərbaycanlı çempion həyatını itirib. (axar)