XXI əsrdə poker edən ən yaşlı futbolçular açıqlanıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə poker edən ən yaşlı futbolçuların siyahısını yeniləyib.
"Report" IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, son olaraq Paraqvayın "Libertad" klubunda çıxış edən Oskar Kardozo "Serro Portenyo"nu 5:0 hesabı ilə məğlub etdikləri oyunda dörd qol vurub.
Paraqvay millisinin sabiq üzvü 39 yaş 318-ci günündə bunu bacarıb. Kardozo poker edən ən yaşlı ikinci oyunçu olub.
Adı |
Ölkəsi |
Yaş |
Qolları |
Gün |
Komandası |
Qol vurduğu komanda |
||
1 |
Yozef Biçan |
Çexoslovakiya |
41-330 |
4 |
21/08/1955 |
"Slavia" (Praqa) |
"Jiskra Liberets" 7-2 |
|
2 |
Oskar Kardozo |
Paraqvay |
39-318 |
4 |
03/04/2023 |
"Libertad" |
"Serro Portenyo" 5-0 |
|
3 |
Pablo Eskobar |
Boliviya |
39-299 |
4 |
19/12/2018 |
"Strongest" |
"Blominq" 8-0 |
|
4 |
Pablo Eskobar |
Bolivia |
39-288 |
4 |
08/12/2018 |
"Strongest" |
"Sport Boys Varnes" 6-0 |
|
5 |
Karlos Saucedo |
Boliviya |
39-215 |
4 |
14/04/2019 |
"San Jose" |
"Olveys Redi" 6-2 |
|
6 |
Artur Fridenrayx |
Braziliya |
39-162 |
4 |
27/12/1931 |
"San-Paulu" |
"San Bento" 4-2 |
|
7 |
Ferens Puşkaş |
İspaniya |
38-174 |
4 |
22/09/1965 |
"Real Madrid" |
"Feyenoord" 5-0 |
|
8 |
Maksim Qruznov |
Estoniya |
38-132 |
5 |
31/08/2012 |
"Trans" |
"Navi Vutiselts" 9-0 |
|
9 |
Roke Santa Kruz |
Paraqvay |
38-100 |
4 |
24/11/2019 |
"Olimpia" |
"Serro Portenyo" 4-2 |
|
10 |
Alessandro Del Pyero |
İtaliya |
38-071 |
4 |
19/01/2013 |
"Sidney" (Avstraliya) |
"Vellinqton Feniks" 7-1 |
|
11 |
Ferens Puşkaş |
İspaniya |
38-045 |
4 |
16/05/1965 |
"Real Madrid" |
"Mestalla" 6-0 |
|
12 |
Kriştianu Ronaldu |
Portuqaliya |
38-004 |
4 |
09.02.2023 |
"Əl-Nəsr" (Səudiyyə Ərəbistanı) |
"Al Vehda" 4-0 |