\
18 Oktyabr 2024 - Cümə

Futbol meydançasına ildırım düşdü - Ölən və yaralananlar var

Futbol meydançasına ildırım düşdü - Ölən və yaralananlar var
1613baxış
Kolumbiyada futbol meydançasına ildırım düşməsi nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb.
 
Bakupost.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, El Tambo şəhərində futbol oynanılan zaman meydan sahəsinə ildırım düşüb.
 
Meydançada olan 5 nəfər həyatını itirib, 15 yaralı isə təcili yardımla xəstəxanalara aparılıb.
 
Qeyd edək ki, Kolumbiyanın bəzi bölgələrində zaman-zaman şiddətli ildırım vurması halları baş verir.