Azərbaycanın qadın boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
1508
Azərbaycanın qadın boksçusu Şəhla Allahverdiyeva Polşanın Pultusk şəhərində keçirilən beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb.
66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Asuteya Ausiuteni (Litva) 4:1 (30:27, 30:27, 29:28, 29:28, 27:30) hesabı ilə məğlub edib.
O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.
Allahverdiyeva finala gedən yolda fransalı Fatia Benmessahellə üz-üzə gələcək.
Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq.(REPORT)