\
19 Aprel 2024 - Cümə

Messiyə yeni təklif gəlib

Messiyə yeni təklif gəlib
1352baxış

Lionel Messi daha bir klubdan təklif alıb.

Apasport.az saytının məlumatına görə, PSJ-nin argentinalı ulduzu karyerasını İngiltərədə davam etdirə bilər.

Premyer Liqanın adı açıqlanmayan klubu 36 yaşlı hücumçunu heyətində görmək istəyir. Avrokuboklarda oynayacaq bu komanda Messiyə təklif göndərərək heyətinə dəvət edib. Səudiyyə Ərəbistanının “Əl-Hilal” və ABŞ-ın “İnter Mayami” klublarından təklif alan Messinin xidmətində “Barselona” da maraqlıdır.

Qeyd edək ki, mövsümün 40 oyununda 21 qol vuran Lionelin Fransa klubu ilə müqaviləsi bu yay başa çatacaq.