\
12 Dekabr 2024 - Cümə axşamı

Azərbaycan boksçuları beynəlxalq turnirdə 10 medal qazanıblar

Azərbaycan boksçuları beynəlxalq turnirdə 10 medal qazanıblar
1418baxış

Azərbaycanın gənc və yeniyetmə boksçuları Macarıstanın Eger şəhərində keçirilmiş beynəlxalq turnirdə 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar.

Federasiyadan Mediapress.az-a verilən məlumata görə, gənclər yığmasının heyətində Sübhan Məmmədov (51 kq), Məhəmmədəli Aşurəliyev (57 kq) və Fərhad Şeydayev (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Onlardan fərqli, Tağı Nəsibov (54 kq) və Məhəmmədəli Qasımzadə (60 kq) finalda məğlub olaraq, gümüş medalla kifayətləniblər. Ömər Aslanlı (54 kq) isə 3-cü yeri tutub.

Yeniyetmə boksçulardan Banuçiçək Nəsirli (46 kq) qızıl, Özləm Həsənova (63 kq) gümüş, İnci Məcidli (50 kq) və Abbasqulu Şadlinski (63 kq) isə bürünc medala sahib çıxıblar.

Beləliklə, Elbrus Rzayev və Rafiq İsmayılovun rəhbərlik etdiyi komandalar ənənəvi beynəlxalq turniri 10 medalla bitiriblər. Yığmanın heyətində Aşurəliyev yarışın ən texnikalı, Qasımzadə ən əzmkar boksçusu seçilib.