Böyük Dəbilqə: Azərbaycan cüdoçusu bürünc medal qazandı
1507
Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.
66 kq çəki dərəcəsində mübarizə aparan idmançı əvvəlcə təsəlliverici qarşılaşmada fransalı Maksim Qobertə qalib gəlib.
Daha sonra Y.Nəcəfov Birləşmiş Ərəb Əmirliklərindən olan Narmandax Bayanmunx ilə görüşdə ipponla qalib gələrək bürünc medala sahib çıxıb.
Qeyd edək ki, Böyük Dəbilqə iyunun 25-də başa çatacaq.