\
27 Noyabr 2024 - Çərşənbə

Hakimi vuran futbolçu Aqşin Ömərov 2 illik diskvalifikasiyaya məruz qalıb - AFFADAN AÇIQLAMA

Hakimi vuran futbolçu Aqşin Ömərov 2 illik diskvalifikasiyaya məruz qalıb - AFFADAN AÇIQLAMA
1045baxış

Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsində mübarizə aparan “Baku Fans” klubunun üzvü Aqşin Ömərov 2 illik diskvalifikasiyaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, bu qərarı AFFA İntizam Komitəsi bugünkü iclasında verib.

Belə ki, ADBTİA ilə matçın 20-ci dəqiqəsində qırmızı vərəqə alan Ömərov meydandan kənarlaşdırılarkən oyunun hakimi Yusif  Nurullayevə qarşı fiziki təzyiq göstərərək, onu yumruqla vurub. Nəticədə hakim ciddi xəsarət alıb. Hadisəni araşdıran İK futzalçını 2 il müddətinə futboldan kənarlaşdırıb.

Həmçinin qarşılaşma sona qədər keçirilmədiyindən, “Baku Fans”a 0:5 hesablı texniki məğlubiyyət verilib.

Mediapress.az