\
8 Sentyabr 2024 - Bazar günü

Orxan Məmmədov Azərbaycan Minifutbol Federasiyasının prezidenti seçilib - Foto

Orxan Məmmədov Azərbaycan Minifutbol Federasiyasının prezidenti seçilib - Foto
1445baxış

Azərbaycan Minifutbol Federasiyasının növbəti ümumi yığıncağı keçirilib. Orxan Məmmədov növbəti dörd il üçün federasiya prezidenti seçilib.

O, bu barədə rəsmi “Twitter” hesabında paylaşım edib.

Toplantıya gənclər və idman naziri Fərid Qayıbov da qatılıb.

Orxan Məmmədov etimad göstərən hər kəsə təşəkkür etdiyini bildirib: “İnanıram ki, federasiya olaraq bundan sonra da ölkəmizi dünyada layiqli təmsil edəcəyik”.

Qeyd edək ki, Orxan Məmmədov Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti idi.