\
27 Iyul 2024 - Şənbə

Zöhrə Ağamirova gümüş medal qazandı

Zöhrə Ağamirova gümüş medal qazandı
1244baxış

Çinin Çenqdu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında bədii gimnastımız Zöhrə Ağamirova uğurlu çıxışı ilə yadda qalıb.

“Qafqazinfo” xəbər verir ki, o, halqa ilə hərəkətlərin icrasında gümüş medal qazanıb. 

Xatırladaq ki, gimnastımız 2019-cu ildə İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında 2 gümüş medal (gürzlər, çoxnövçülük) qazanmışdı.