\
27 Iyul 2024 - Şənbə

"Qələbəni şəhidlərimizə həsr edirəm" - Erməni idmançıya qalib gələn Avropa çempionu

"Qələbəni şəhidlərimizə həsr edirəm" - Erməni idmançıya qalib gələn Avropa çempionu
1709baxış

"Qələbəni Azərbaycan xalqına, şəhidlərimizə, qazilərimizə həsr edirəm".

Bunu Litvanın Kaunas şəhərində keçirilən kudo üzrə Avropa çempionatında qızıl medal qazanan Azərbaycan karateçisi Elbrus Səmədov deyib.

O, turnirdəki hər üç görüşündə qalib gəldiyini xatırladıb: "Final qarşılaşmasında rəqibim Ermənistan təmsilçisi idi. Bu, çox məsuliyyətli görüş oldu. Mən Azərbaycan xalqının adından orada iştirak edirdim. Uduzmaq şansım yox idi və şükürlər olsun ki, qələbə qazandım. Məşqçilərimə və bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Çox sevinirəm, mənim üçün böyük uğurdur".

19 yaşadək idmançıların mübarizəsində gümüş medal əldə edən Kənan İsmayılzadə döyüşlərin çox ağır keçdiyini vurğulayıb: "Buna baxmayaraq, öz sözümüzü dedik. Bayrağımızı dalğalandırdıq. Bizimlə birlikdə 13 ölkə təmsilçiləri var idi. Gələcək hədəflərim dünya və Avropa çempionu olmaqdır. Bunun üçün çalışacağam".(report)